21 Fevral 2018 12:14
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün bəzi KİV-lərdə Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalovun tutduğu vəzifəsindən azad olunduğuna dair xəbərlər yayılıb.

İdarədən Publika.az-a verilən məlumata görə, Rəhim Zalov vəzifəsindən azad edilməyib: "Rəhim Zalov hazırda DYP rəisi olaraq öz vəzifə səlahiyyətlərini yerinə yetirir. Belə bir rəsmi qərar qəbul edilməyib. Yayılan informasiyalar əsassızdır".

KİV-də yayılan məlumatlara görə, Rəhim Zalovun DYP rəisi vəzifəsindən uzaqlaşdırılmasına səbəb işində yol verdiyi çoxsaylı nöqsanlar olub.

Belə ki, bir neçə gün əvvəl Daxili İşlər Nazirliyindən xüsusi yoxlama qrupu Gəncə şəhər Baş Polis İdarəsində və Yol Polisi Şöbəsində yoxlamalar aparıb. Rəhim Zalovun işdən azad edilməsi həmin yoxlamaların nəticəsi ilə bağlıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər