23 Fevral 2018 13:42
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bir yaşlı uşağın qarnından mil çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə uroloq-cərrah Fuad Hüseynov məlumat verib.

Həkim bildirib ki, 1 yaşında uşaq toxumaqda istifadə olunan milin üstünə yıxılıb: “Ailə təcili həkimə müraciət edib. Müayinə zamanı milin göbək üstündən batdığını gördük və uşaq təcili əməliyyata alındı.

Əməliyyat zamanı milin nazik bağırsaq və bağırsağı qidalandıran damarları deşdiyini, buna bağlı daxili qanaxma baş verdiyini gördük. Mil çıxarıldı ,bağırsaqdakı dəliklər tikildi və qanaxmanı dayandırıldı”.

Fuad Hüseynov qeyd edib ki, əməliyyatdan sonra uşaq tam sağlam evlərinə yola salınıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər