28 Fevral 2018 12:32
2 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayonunun Maştağa qəsəbəsindəki 22 nömrəli tam orta məktəbin direktoru şagirdi köynəyinin üzərindən jilet geymədiyi üçün döyüb.

Bu barədə Teleqraf.com-a məktəbin 9-cu sinif şagirdi Rauf Oruclunun valideyni Nahid Orucov məlumat verib.

Onun sözlərinə görə, 2-ci qrup əlil olduğu üçün işləyə bilmir: “Uşağımın məktəbə geyməyə şalvarı, köynəyi var. Azər Ələkbərov məktəbə təzə direktor təyin olunandan sonra uşağın jiletinin olmamasını problem etdi. Dekabrda məni məktəbə çağırdılar. Kasib adam olduğumu və jileti almağa imkanım olmadığını bildirdim. Direktor mənə dedi ki, uşağın epilepsiyası var və bura sizinçün xəstəxana deyil. Uşağını apar başqa yerdə, ya da, rayonda məktəbə yerləşdir.

Oğlum uşaqlıqdan 2-ci mərtəbədən yıxılıb və kəllə-beyn travması alıb. Direktora bildirdim ki, onsuz da 9-cu sinif bitdikdən sonra istəyən şagird şəhadətnaməsini alır və məktəbi tərk edir. Onlar uşağı məktəbin içinə buraxmırdılar. Onu 3 aya yaxın inctdilər”.

Nahid Orucov deyir ki, məktəbdə oğlunu müəllim və direktor döyüb:

“Uşaq huşunu itirib. Təcili Tibbi Yardım çağırıblar. Onların köməyi ilə özünə gəlib. Daha sonra polis də gəldi və hazırda araşdırma aparılır. Onlar hadisədən əvvəl məsələni o yerə gətirdilər ki, mən müəllimlərin cibinə pul da qoyası oldum. Hətta, məktəbdə Sakit adlı müəllim mənə dedi ki, 300 manat ver uşağın 9-cu sinfi bitirsin. Bildirdim ki, o pulu verməyə heç bir imkanım yoxdu. Necə olur ki, pulu verəndə uşağım tərbiyəli olur, verməyəndə yox?”.

Valideyn qeyd edib ki, hazırda uşaq polislərin köməyi ilə məktəbə gedir.

Məktəb direktoru Azər Ələkbərovla əlaqə saxlasaq da, o, suallarımıza cavab vernəkdən imtina edib. Bildirib ki, baş verən olayla bağlı Bakı şəhər üzrə Təhsil İdarəsi ilə əlaqə saxlayaq.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər