28 Fevral 2018 14:30
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevral ayının sonudur və atıq qripin sönən dövrüdür.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, qripə biganə yanaşmaq düzgün deyil: “Xüsusilə xəstənin temperatur varsa, mütləq yataq rejiminə riayət edilməlidir. Temperaturlu vəziyyətdə işə gedən xəstə bilməlidir ki, qripin təhlükəli ağırlaşmaları olur. Xüsusilə uşaqlarda və yaşlılarda, qan-damar problemi olan insanlarda ağırlaşmalar ölümlə nəticələnə bilər. Çexiyada qripdən 50 nəfər həyatını itirib. Onların da çoxu yaşlı insanlardır. Bu il bizim şöbəmizdə də ağır xəstələr olub, amma vaxtında müdaxilə hesabına sağalıblar. Yəni Azərbaycanda qripdən ölüm faktı qeydə alınmayıb. Ölkədə hazırda qriplə bağlı katastrofik risk, güclü epidemiya yoxdur”.

Qeyd edək ki, Çexiyada qrip epidemiyası son 3 həftə ərzində 50 nəfərin ölümünə səbəb olub. Ölənlərdən 43 nəfərin 60-dan çox yaşı var. Qalanları isə 25-59 yaş arasındadır.

Xəstəxanalara yerləşdirilən pasiyentlərdən 199 nəfərin vəziyyəti hazırda kritikdir.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər