3 Mart 2018 20:55
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yuxu problemi olanlara, çox hərəkət edən hiperaktiv uşaqlara musiqi ilə müalicə çox yaxşı təsir göstərir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu baxımdan valideyinlər boş vaxtlarda uşaqların istəyinə uyğun musiqi terapiyası götürməlidir.

Sevimli məşğuliyyətlərdən hesab olunan musiqi yalnız ruhun deyil, həm də bədənin qidasıdır. Hətta yüksək tonlu musiqilər belə insanı motivasiya edir. Lakin uşaqların psixoloji müalicəsi və rahatlığı üçün yumşaq tonlu səsdə olan yavaş musiqilərə üstünlük verilməlidir.

Türkiyəli mütəxəssislər uşaqlara yalnız zövqə uyğun musiqi dinlətməyi məsləhət görürlər.


Müəllif: Sara

Oxşar xəbərlər