9 Mart 2018 15:39
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayıl yamacında sürüşmə zonasında evinə ziyan dəyən sakinlər 11 ay kirayə pulu alacaqlar.

Bunu Teleqraf.com-a açıqlamasında Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil Kərimov deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən sürüşmə ərazisində evlərinə ziyan dəyən 98 ailəyə kirayə pulu ödənilib: “Onlara 11 ay ərzində pullar ödəniləcək. Ailə tərkibinə görə kirayə pulları 200-300 manat arası dəyişir”.

İsrafil Kərimov qeyd edib ki, hazırda əraziyə kənar şəxslər buraxılmır: “Postlar qurulub. Vətəndaşların evlərində əmlakı ola bilər və onlar qorunur”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər