Son günlər təmas xəttində baş verənlərlə bağlı Azərbaycanın Moskvadakı səfirliyinin binası qarşısında aksiya keçirilib
Bu barədə Teleqraf.com-a Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat mərkəzindən məlumat verilib.
Aksiyanın təşkilatçısı kimi “Azərbaycan Moskva cəmiyyəti” çıxış edib. Aksiyada yığışan 40-a yaxın aksiyaçı prezident İlham Əliyev siyasətini dəstəklədiklərini və Azərbaycan xalqı ilə həmrəy olduqlarını nümayiş etdiriblər.
Aksiya iştrakçıları rəsmi İrəvanın işğalçı siyasətini və ermənilərin azğınlıqlarını kəskin şəkildə tənqid ediblər.