1 Aprel 2018 10:18
1 446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əti, çiyələyi donmadan və xarab olmadan soyuducuda necə saxlamalı, çörəyi kiflənmədən, bananı qaralmadan necə qorumalı, südü təzə-tər saxlamalı?

Teleqraf.com mətbəxlə bağlı praktik bilgiləri təqdim edir:

1. Əti soyuducunun buzxanasında donmadan uzun müddət saxlamağın bir yolu var.

Əti şəkildə gördüyünüz paketin içinə qoyub ağzını bağlayın. Sonra onu otaq temperaturunda olan suya salıb içindəki havanın vakumlanmasını gözləyin. Buzxanaya qoyduqdan xeyli sonra da ətin donmadığını və xeyli təzə qaldığını görəcəksiniz.

2. Çiyələyin soyuducuda tez çürüməsinin qarşısını almaq da öz əlinizdədir.

Otaq tempereturunda olan suya alma sirkəsi tökün. Çiyələkləri paketiylə birlikdə bu sirkəli suyun içinə salın və bir qədər saxladıqdan sonra qurudub soyuducuya qoyun. Günlər sonra belə çiyələklərin necə təzə-tər qaldığını görəcəksiniz.

3. Doğranmış çörəklərin kiflənməsinin qarşısını almağın da çox asan yolu var.

Bir ədəd quru kərəviz saplağını çörək paketinin içinə qoyun.

Çörəyin bir həftə sonra da kiflənmədən qaldığına şahid olacaqsınız.

4. Peçenyelərin təzəliyini qorumağın da çox sadə üsulu var.

Bunun üçün peçenyelərin içinə bir dilim çörək qoymaq yetər ki, aldığınız gündəki kimi təzə qalsın.

5. Südün xarab olmaması üçün marketdən alandan sonra bankaya bir qədər duz tökün.

Sonra süd şüşəsini çalxalayaraq soyuducuya qoyun.

Beləcə, südün ömrünü uzatmış olacaqsınız.

6. Bananın tez vaxtda yetişib zay olmasını da əngəlləməyin qaydası var.

Bananların saplağına adi soyuducu paketi sarıyın. Bir həftə sonra belə qaralmadığını görəcəksiniz.


Müəllif: Alpər

Oxşar xəbərlər