18 Aprel 2018 11:08
1 674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Qədirli işdən azad olunub.

Anar Qədirli məsələni Teleqraf.com-a təsdiq edib.

O bildirib ki, artıq 6 aya yaxındır bu vəzifəni icra etmir: “Mətbuatdan kənar yerdə işləyirəm”.

Səhiyyə Nazirliyinin Mətbut Xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumatın doğru oldunu bildirib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev bildirib ki, Anar Qədirlinin yerinə təyinat yoxdur: “Anar müəllim öz ərizəsi ilə işdən çıxıb. Hələ ki, yerinə təyinat yoxdur”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər