1 İyun 2018 16:55
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Həştərxan şəhərində Heydər Əliyev Fondunin inşa etdiyi Azərbaycan Biznes Mərkəzinin inzibati binasının Azərbaycan diasporuna ayrılmış ofisində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan diaspor nümayəndələri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Rusiya Azərbaycan Gənclər Təşkilatının regional bölmələrinin rəhbərləri və nümayəndələrinin iştirak etdiyi görüşdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edərək gənclərin Azərbaycan diasporunun fəaliyyətində oynadığı önəmli rolbarədə danışıb.

Komitəsinin sədrihəmçininHəştərxan vilayətində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, nümayəndələri və Həştarxanda təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb.Azərbaycanın diaspor strategiyası,Komitənin fəaliyyətinin prioritet istiqamətləri, gələcəkdə Dövlət Komitəsi ilə birgə tədbirlərin keçirilməsi və s müzakirə edilib.

Sonda diaspor təşkilatlarının təmsilçilərinə xatirə hədiyyələri təqdim edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər