22 İyun 2018 19:24
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Gəncə şəhərində məcburi köçkünlərin məskunlaşdıqları 1500 ailəlik yeni qəsəbədə bölgə vətəndaşlarını qəbul edib.

Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, qəbuldan əvvəl Rövşən Rzayev və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehdiyev ümummilli lider Heydər Əliyevin abidəsini və Kəlbəcər Şəhidlərinin Abidə Kompleksini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Kəlbəcər rayon Mədəniyyət Sarayında keçirilən qəbulda Dövlət Komitəsinin sədri Gəncə şəhərində, Samux, Göygöl rayonlarında müvəqqəti məskunlaşmış və Kəlbəcər rayonundan olan məcburi köçkünlərin müraciətlərinə baxıb.

Əvvəlcə Rövşən Rzayev qəbula gələn 70 nəfərədək məcburi köçkünün müraciətini ayrı-ayrılıqda dinləyib.

Sonra eyni məsələlərlə bağlı müraciət edən 100 nəfərədək məcburi köçkün sədr tərəfindən qəbul edilib və müraciətləri dinlənilib.

Qəbula gələnlər Dövlət Komitəsi sədrinə, əsasən, mənzillə təminat, işə qəbul, kommunal xidmətlər və digər sosial problemlərin həlli ilə bağlı müraciət ediblər. Bütün müraciətlər Dövlət Komitəsi tərəfindən qeydə alınıb. Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Dövlət Komitəsinin sədri digər müraciətlərin qısa müddətdə araşdırılması və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlar verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər