27 İyun 2018 11:43
1 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onlar da yaxşı bilirlər ki, bizim kiminsə inancı ilə, o cümlədən, nə şiə ilə, nə Əhli-Beyt, nə sünni, nə yəhudi, nə provaslavla işimiz yoxdur. Hər kəsin inancına sayğı göstəririk. Eyni zamanda, Azərbaycana bağlı hər hansı dindarla da işimiz yoxdur, inanclarına sayğılıyıq. Bizim işimiz məzhəb, təriqət adı ilə Azərbaycana yeridilən dini ideologiyaya, agentura şəbəkəsinə qarşıdır.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa onu FETÖ-çü olmaq ittiham edənlərə cavab verərkən deyib.

Millət vəkili ölkədə məzhəb ayrı-seçkiliyi salmağa çalışan bu şəxslərin xarici ölkələrin agentləri olduğunu da istisna etməyib:

“Onlar qısa müddətdə haralardan çıxdılar? İslam Əməkdaşlıq Təşkilatından, Xəzər Universitetindən, Qarabaq Azadlıq Təşkilatından, Milli Şuradan, İnteraz kanalından, ruhani qiyafəsindən, onlarla saytlardan, qəzetlərdən çıxdıqlarını görmədiniz? Baxın, bunların saytlarında bizə qarşı işlədilən ittihamlar vəhhabilikdən, kommunistlikdən tutmuş fetoçuluğa qədər baş alıb gedir.

Onlarda arqument yoxdur, sadəcə böhtan var, özünə türk kişisi deyən, azərbaycanlı deyən hansısa şiəyə böhtan atarmı? Bunlar heç şiə də deyillər, çünki bizim çevrəmizdə, nəslimizdə bu inancda olan yüzlərlə insan var ki, onlar Azərbaycana məndən də çox sevgi daşıyıcılarıdır və xaricdə özlərinə əllərini öpdürən hansısa ağa saxlamırlar.

Onlar mayası Qumda yoğrulan vətən xainləridir. Bir fotoları yan-yana qoyun görün, Fətullah ilə bunların ağalarının ağlamaqları və üslubları arasında hansısa fərq varmı? Məgər hamısının eyni mənbədən idarə olunduğunu görmürsünüzmü? Bunlara qarşı dirəniş göstərməsək, sabah Azərbaycanı cəhalət xarabazarına çevirəcəklər”.

Fazil Mustafa qeyd edib ki, həmin şəxslər öz xain militanlarına Azərbaycanın milli qəhrəmanı adını verirlər:

“Lakin guya müsəlman olduğunu iddia edən bu düdəmələrin çıxışlarında bir dəfə də peyğəmbərin adını eşidə bilməzsiniz. Məni “fetöçü” olmaqda ittiham edən bir şəxs bildirir ki, bizim ağlamamıza qarışmayın, ağlamışıq, bundan sonra da ağlayacağıq. Ağlamaq sənin öz işindir, istəyirsən başını daşa da döyə bilərsən, bir millət vəkili olaraq öz millətimin bütün insanların cəhalətdən uzaq duraraq, elmə, təhsilə müasir mədəniyyətə yönəlməyə çağırış və təşviq etmək də mənim haqqımdır.

Sizlərə bu məmləkətdə at oynatmağa imkan verməyəcəyik, bu dövləti və milləti qorumağa ləyaqəti çatan minlərlə dəyərli vətən övladı var”.

Qeyd edək ki, sosial şəbəkədə yayımış bir video görünütdə dindar Fazil Mustafanı Fətullah Gülən camaatına mənsub olmaqda ittiham edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər