9 İyul 2018 23:13
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrəli” İctimai Birliyi tərəfindən keçirilən “Marş : İrəli” layihəsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Ağdam rayonunda keçirilən layihənin bağlanış mərasimində “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edib.

“İrəli” İB işçi heyəti, layihə iştirakçıları N saylı hərbi hissəyə, həmçinin ön cəbhədə yerləşən postlara ziyarət edərək vətənimizin keşiyində, əllərində silah səngərdə dayanıb hər bir qarış torpağımız üçün canlarından keçə biləcək mərd oğullarımızla görüşüblər.

Mirhəsən Seyidov və “İrəli” İB işçi heyəti, layihə iştirakçıları Quzanlı qəsəbəsində Bayraq Meydanını ziyarət ediblər. Ağdam şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların dəfn olunduğu məzarlığa gedərək şəhidlərin abidəsi önünə gül dəstələri qoyublar.

Qeyd edək ki, “Marş: İrəli” - ölkə gəncliyinin hərbi vətənpərvərlik ruhunun, gənclərin düşüncəsində vətənə sədaqət məfkurəsinin genişləndirilməsinə yönələn müxtəlif növ aktiv idman və maarifləndirici təlim sessiyalarından ibarət kompleks tədbirləri özündə ehtiva edən layihədir.

“Marş : İrəli” layihəsi “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin(GİN), Ağdam rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər