Dünən Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyevin doğum günün olub.
Publika.az xəbər verir ki, sənətçi oğlunun 28 yaşı tamam olması münasibətilə ziyafət təşkil edib. Qonaqlıqda müğənninin ailə üzvləri və yaxınları iştirak edib.
Doğum günündən maraqlı kadrlar sosial şəbəkədə paylaşılıb. Xalq artisti yeganə övladının doğum günündə kövrəlib və göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, Brilliant Dadaşova Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyevlə evlidir.