Türkiyənin ilk və tək inteqrasiya olunmuş neft -kimya şirkəti olan Petkim, Texnologiya, Tədqiqat-İnkişaf və kimya sahələrində dünyanın ən yaxşı texniki universitetlərindən biri olan Massachusetts Institute of Technology-nin (MIT) Sənaye Əlaqələndirmə Proqramına (ILP- Industrial Liaison Program) üzv olmuşdur. Petkim, avqust ayından etibarən iki il ərzində ortaq maraq dairələri üzrə birgə əməkdaşlığı təmin edəcək bu üzvlük ilə ILP proqramına daxil olan 250 qlobal şirkətdən biri olmuşdur.
Petkim, Tədqiqat-İnkişaf sahəsində fəaliyyətlərini və sektorun inkişafına töhfə verəcək strateji tədqiqatlarını beynəlxalq arenaya çıxartmaq məqsədi ilə texnologiya və mühəndislik sahəsində dünyanın qabaqcıl universitetlərindən biri olan MİT-nin Sənaye Əlaqələndirmə Proqramına (ILP) üzv olmuşdur. MIT-nin dünya miqyaslı şirkətlərlə qarşılıqlı olaraq informasiya və texnologiya sahəsində əlaqələr qurmaq və inkişaf etdirmək məqsədi ilə yaradılan bu proqramı çərçivəsində, Petkim strateji əhəmiyyəti olan spesifik tədqiqat sahələrinə istiqamətlənəcək. Petkim-in əsas strategiyalarından birini təşkil edən rəqəmsal dəyişiklik və innovasiya sahələrindəki layihələri baxımından da böyük əhəmiyyət kəsb edən MIT-ILP üzvlüyünün ilk mərhələsi iki il olacaq. Həyata keçiriləcək layihələrə uyğun olaraq bu müddət daha da uzadıla bilər.
Proqram çərçivəsində, avqust ayında MIT tədqiqatçıları Petkim-in Tədqiqat-İnkişaf və İstehsal sahəsində çalışan əməkdaşları ilə bərabər layihə üzrə əlaqədar məsələləri müəyyən edəcəklər. Sentyabr ayında isə Petkim-dən müvafiq heyət ABŞ-a gedərək MIT-nin mütəxəssisləri ilə görüş keçirəcəkdir. Qarşılıqlı təhsil və potensial maraq sahələri istiqamətində birgə fəaliyyət il boyu davam edəcək. Petkim, 2.500 nəfərlik əməkdaşını, 2017-ci ildəki 7 milyard türk lirəsindən artıq ümumi satışlarını, sektordakı qabaqcıl mövqeyini və təcrübəsini MIT-nin global Tədqiqat-İnkişaf və mühəndislik layihələrindəki təcrübə dəstəyi ilə daha da inkişaf etdirməyi hədəfləməkdədir.
Petkim MIT-nin ILP ekosisteminə daxil olan 250 şirkətdən biri olmuşdur.
MIT, sənaye sektorunun qabaqcıl şirkətləri ilə Dünyadakı problemlərin müzakirəsi və problemlərin həlli istiqamətində birgə fəaliyyət göstərmək üçün əlaqələr quraraq, sənaye və ictimayyət üçün faydalı olacaq əhəmiyətli işlərə imza atmaqdadır. MIT-nin bu missiyası çərçivəsində yaradılan Sənaye Əlaqələndirmə Proqramı hər sektor üzrə qabaqcıl şirkətlərlə birgə məhsuldar nəticə yaratmaq üçün davamlı olaraq inkişaf etdirilən vacib bir layihədir. Bununla da Petkim ILP üzvlüyü ilə MIT-dəki tədqiqat məsələlərini əhatə edən və öz sektorunda qabaqcıl 250 qlobal şirkət arasında öz yerini almışdır.