18 Avqust 2018 14:57
1 967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər gün sayları artan türk qadın pilotlar artıq sosial media fenomeninə çevriliblər.

Teleqraf.com xəbər verir ki, olduqları ölkələrdən paylaşdıqları fotolarla diqqət mərkəzinə çıxan xanım pilotları sosial şəbəkələrdə 100 minlərlə insan izləyir.

Onların ən çox bəyənilən fotolar isə Kuba və Maldiv adalarında çəkilib.

Sosial mediada türk qadın pilotları arasında ən məşhuru bir zamanlar “Qalatasaray” futbol klubunun ulduzu Sabri Sarıoğlunun xanımı Yağmur Sarıoğludur. Onu 230 min insan izləyir.

Pilot Eser Aksan Ərdoğanı 95 min izləyicisi ilə təqib edir.

Pinar Aktuğu isə 30 mindən çox sosial şəbəkə izləyicisi dəstəkləyir.

Qeyd edək ki, dünyada ən çox izləyicisi olan qadın pilot ingilis Mariya Pettersondur. Onu 443 min insan izləyir.

Qadın pilotların maraqlı fotolarını təqdim edirik.


Müəllif: Cavad