26 Avqust 2018 09:07
1 661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sevimli anamı ad günü münasibəti ilə təbrik edirəm! Sən mənim dünyada ən çox sevdiyim insansan! Sevginə, səmimiyyətinə və sonsuz xeyirxahlığına görə sənə minnətdaram!

Teleqraf.com-un məlumatına görə, bu sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İnstaqram hesabında yazıb.

Leyla Əliyeva Birinci vitse-prezident Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib: “Tanrı səni yer üzünə insanlara şəfqət, ümid, ədalət və sevgi bəxş etmək üçün göndərib! Sən dünyanın ən gözəl və ləyaqətli insanısan. Mən səni çox sevirəm, mənim anam, ən yaxşı dostum və əzizim!”

Leyla Əliyeva anasına təbrik ünvanlayan izləyicilərə minnətdardarlıq edib: “Təbriklərə görə hamıya təşəkkür edirəm, Allah sizə cansağlığı və bol sevgi bəxş etsin, bütün arzularınız həyata keçsin!”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər