Bir neçə gün əvvəl sosial şəbəkədə Zərdab rayonundan bir nəfər oğlunun Mingəçevir Dövlət Universitetinə qəbul olunduğunu, ancaq təhsil haqqını ödəmək imkanı olmadığını bildirmişdi. Jurnalistlər mənə müraciət etdikdə mən onun təhsil haqqının müəyyən bir hissəsini ödəməyə hazır olduğumu bildirdim.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.
Deputat qeyd edib ki, həmin gün bir qadın ona sosial şəbəkə vasitəsilə müraciət edərək, bacısının Bakıda həkim işlədiyini və təhsil haqqının böyük bir hissəsini ödəmək istədiyini bildirdi:
“Qadın bacısının sponsorluğu xeyirxahlıqdan etdiyini, ancaq adının çəkilməsini istəmədiyini də israrla bildirdi. Bu gün Zərdabdan olan tələbə təhsil haqqını ödəyərək, Mingəçevir Dövlət Universitetində qeydiyyatdan keçdi. Buradan tanımadığım həmin qadına öz təşəkkürümü bildirmək istəyirəm”.