30 Avqust 2018 15:52
1 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın Azərbaycana səfəri iki dövlət arasında qardaşlıq münasibətlərinin ifadəsidir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

Onun sözlərinə görə Azərbaycanla Türkiyə arasında əlaqələr daim yüksələn xətlə inkişaf edir: “Ölkələrimizin münasibətləri ulu öndər Heydər Əliyevin “bir millət-iki dövlət” fəlsəfəsinə əsaslanır. Hər iki dövləti eyni köklər, ortaq milli-mənəvi dəyərlər, dil-din birliyi birləşdirir. Hazırda da xalqlarımız arasında çox yüksək əlaqələr mövcuddur. Bizim münasibətlərimiz digər ölkələr üçün nümunə olacaq səviyyədədir. Təbii ki, əlaqələrimizin davamlı olaraq güclənməsində hər iki dövlətin prezidentlərinin də dostluq münasibətlərinin xüsusi rolu var. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər zaman münasibətlərimizin daha da güclənməsi, beynəlxalq müstəvidə ölkələrimizin mövqelərinin möhkəmləndirilməsi istiqamətində qətiyyət nümayiş etdirirlər. Hesab edirəm ki, cənab Yıldırımın səfəri əlaqələrimizin inkişafına böyük töhfə verəcək”.


Müəllif: Kəmalə

Oxşar xəbərlər