21 Sentyabr 2018 11:55
3 769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Etimad İsmayılovun dəfn mərasimi başa çatıb.

Teleqraf.com xəbər verir ki, mərhum Nardaran qəbristanlığında dəfn edilib.

***

Dəfn mərasimində Milli Məclisin üzvləri, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa, MM-in sabiq sədri Yaqub Məmmədov, sabiq müdafiə naziri Rəhim Qazıyev, ANS Şirkətlər qrupunun prezidenti Vahid Mustafayev, ADP sədri Sərdar Cəlaloğlu, şair Abbas Abdulla, sabiq maliyyə naziri Saleh Məmmədov, "Borçalı" cəmiyyətinin sədri Zəlimxan Məmmədli və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Hazırda mərhumun cənazə namazı qılınır.

***

Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun dəfn mərasimi keçirilir.

Teleqraf.com xəbər verir ki, o, Sabunçu rayonunun Nardaran qəsəbəsində dəfn olunacaq.

Mərasimdə mərhumun ailə üzvləri və ictimaiyyət üzvləri iştirak edirlər.

Mərhumun cənazə namazı qəsəbənin Pir məscidində qılınacaq.

Qeyd edək ki, Etimad İsmayılov sentyabrın 19-da Türkiyənin İstanbul şəhərində qətlə yetirilib.


Müəllif: Foto: Səfiyar Məcnun, Mənsur Rəğbətoğlu, Mirvari Əzizova