Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ovlanmasına icazə verilən heyvan növlərinin adlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, ölkə ərazisində 2018-2019-cu illərin ov mövsümündə ovlanmasına icazə verilən növlər çöl donuzu (qaban), dovşan, cüllüt, qaz, ördək və qaşqaldaqdır.
Çöl donuzu (qaban) ovlanma müddəti 15 sentyabr-22 dekabr 2018-ci il, ov yerləri isə Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Qusar, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarıdır.
Dovşanın ovlanma müddəti 17 noyabr 2018-ci il-12 yanvar 2019-cu il, ov yerləri Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarıdır.
Cüllütün ovlanma müddəti 15 sentyabr-24 noyabr 2018-ci il, ov yerləri yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələridir.
Qazın ovlanma müddəti 13 oktyabr 2018-ci il-1 mart 2019-cu il, ov yerləri yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələridir.
Ördəyin ovlanma müddəti 13 oktyabr 2018-ci il-01 mart 2019-cu il, ov yerləri yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələridir.
Qaşqaldağın ovlanma müddəti 13 oktyabr 2018-ci il-1mart 2019-cu il, ov yerləri isə yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələridir.