21 Oktyabr 2018 18:54
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah Badamdar qəsəbəsində sürüşmə sahəsindəki son vəziyyətlə bağlı məlumat yayıb.

Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır: "Sürüşmənin yuxarı hissəsində kəsilmiş yamacda uçqun-töküntü prosesi və qruntun lokal sahədə yerdəyişməsi müşahidə edilir. Sürüşmənin sol hissəsində toplanmış qrunt kütləsində yeni çatlar qeydə alınıb".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər