Rusiyada azərbaycanlıların sıxlığı ilə diqqət çəkən şəhər və vilayətlərdəki orta məktəblər polis nəzarətinə götürülüb.
Teleqraf.com-un moderator.az-a istinadən məlumatına görə, buna səbəb son vaxtlar azərbaycanlı və rus yeniyetmələri arasında etnik zəmində baş verən qarşıdurmaların artmasıdır.
Rusiyalı yetkililər hesab edir ki, orta məktəblərdəki mülki mühafizəçilərin polis əməkaşları ilə əvəz edilməsi orta məktəblərdə etnik zəmindəki qarşıdurmaların sayının azalmasına səbəb olacaq və bu qarşıdurmalara daha çevik müdaxilə etməyə imkan verəcək.
Bundan başqa, orta məktəblərin polis əməkdaşları tərəfindən mühafizəsinin bütövlükdə təhsil müəssisələrinin təhlükəsizliyinin təmini baxımından da zəruri hesab edilir.