Hava dəyişəndə ən çox rastlaşdığımız xəstəliklərin başında qrip gəlir. Bəs qripdən qorunmağın təbii yolları hansılardır?
Teleqraf.com xəbər verir ki, mütəxəssislərə görə, qripdən qorunmaq üçün ilk növbədə immunitet sistemini gücləndirmək və şəxsi gigiyenik qaydalara əməl etmək lazımdır.
Vaxtaşırı əlləri yumaq və qapalı yerlərin havasını dəyişmək qripdən qorunmaq üçün olduqca önəmlidir. Əllərinizi hər gün tez-tez zeytun yağlı sabunla yumaq sizi qripdən 70 faiz qoruyur.
Mütəxəssislərə görə, qripə qarşı peyvənd yalnız keçmiş vaxtda xəstəlik yaratmış viruslardan qoruyur. Bu peyvəndlə gələcəyin qrip viruslarından qorunmaq olmur.
Zəncəfil, qərənfil qripə qarşı təbii şəfa mənbəyidir. Bunlardan istifadə etməklə özünüzü kimyəvi dərmansız təbii yolla qripdən sağalda bilərsiniz.
Əgər qripsinizsə mütləq istirahət edin, bol su için. Çoxlu sulu yeməklər yeyin.
Eyni zamanda immunitetinizi gücləndirmək üçün müxtəlif çaylar da hazırlaya bilərsiniz.
1 çay qaşığı çökə, 1 xörək qaşığı yaşıl çay, 1 limon suyu və qabığını stəkana qoyaraq üstünə qaynar su töküb 10 dəqiqə kənarda gözlətmək və gün ərzində 4-5 stəkan içmək məsləhətdir.