Azərbaycan ordusunun zabiti, Macarıstandakı məlum hadisəyə görə məhkum edilmiş Ramil Səfərovun bir müddət əvvəl dünyaya gəlmiş qızının fotosu yayılıb.
Teleqraf.com-un Lent.az-a istinadən məlumatına görə, 3 aylıq Sevginin fotoları sosial şəbəkədə paylaşılıb.
Qeyd edək ki, Ramil Səfərov 2 il əvvəl Şəbnəm Gülməmmədova adlı xanımla ailə qurub. Bu ilin 28 may tarixində onların Sevgi adlı körpəsi dünyaya gəlib.