22 Noyabr 2018 18:10
1 374
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sosial İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təmiz məktəb” lahiyəsi çərçivəsində Bakı şəhəri Xətai rayonunda yerləşən Xabad- Or- Avner yəhudi məktəbində ağacəkmə kampaniyası həyata keçirib.

Məktəbin həyətində 40-a yaxın Eldar şamı ağacları əkilib.

Tədbirdə iştirak edən Xətai rayonu icra hakimiyyətinin başçısının müavini Pənah İmanov rayon ərazisində yaşıllaşdırma ilə bağlı görülən işlərdən danışıb və məktəblilərin bu prosesdəki rolundan bəhs edib.

Layihənin rəhbəri Nazim Süleymanov çıxış edərək kampaniyanın məqsədlərindən danışıb. O qeyd edib ki, əsas məqsəd məktəblərdə yaşıllığın salınması və şagirdlərin bu prosesdə iştirakını təmin etməkdir: "Bilirsiniz ki, ölkə rəhbərliyi ekoloji sağlamlıq məsələlərinə xüsusi önəm verir. Bizim də layihənin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad məktəb həyətlərin yaradılması, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, məktəblilər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. Ekoloji savadlılığın artırılması hər bir şəxs üçün vacibdir. Tərbiyə ilk öncə ailədə başlamalı, daha sonra məktəbəqədər təhsil ocaqlarında və ümumtəhsil məktəblərində aparılmalıdır. Uşaqlara təbiəti necə sevdirmək və təbiətdə baş verən ekoloji prosesləri necə izah etməli? Bizi əhatə edən mühit təbiətdir. Səma, meşələr, çaylar, günəş, dağlar, göllər, dənizlər, quşlar, heyvanlar, insanlar- bütün bunlar təbiəti təşkil edir. Təbiətdə olan hər şey bir-biri ilə sıx bağlıdır. Məsələn, ağaclar günəşsiz, susuz, quşlarsız yaşaya bilməz. Quşlar ağacın gövdəsində gizlənmiş qurdları, böcəkləri yeməklə agacı qorumuş olur. Heyvanlar da susuz, günəşsiz, otsuz yaşaya bilməzlər. Deməli bütün canlı və cansız təbiət bir-biri ilə sıx bağlıdır. Beləliklə, ekologiya bitkilərin, heyvanların, insanların bir sözlə təbiətin, cansız təbiətlə-günəş, hava, su ilə qarşılıqlı münasibətini öyrənən elmdir. Bundan başqa ekologiya insanların da təbiətə necə təsir etdiyini öyrənir.

Bəs insan təbiətə necə təsir edir? İnsan təbiətə kömək etməklə ona yaxşı təsir göstərə bilər: məsələn, ağac əkmək, heyvanlara qayğı göstərmək, yerə zibil atmamaq. Əgər insan ağacları kəsərsə, quşların yuvasını dağıdarsa, heyvanları incidərsə, yerə zibil atarsa onda təbiətə pis təsir göstərmiş olar. İnsanların təbiətə vurduğu ziyan ekoloji problemləri əmələ gətirir.

İnsanlar ağacı kəsməklə tək ağacı məhv etmir, eyni zamanda quşlar, həşəratlar, balıqlar da məhv olur. Soruşa bilərsiniz balıqlar niyə? Ağacın köklərində yeraltı bulaqlar olur. Ağac kəsildikdə bulaqların gözü tutulur, həmin bulağın suyu ilə qidalanan çaylar quruyur. Çay quruduqda isə balıqlar məhv olur, eyni zamanda heyvanlar və quşlaq sussuzluqdan əziyyət çəkir. Bu da ekoloji problem yaradır. Bəs meşələri və meşə sakinlərini necə qorumalı?"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər