8 Dekabr 2018 14:28
1 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial media fenomeni Danla Bilicin Yutub proqramına qonaq olan məşhur aparıcı Səba Tümer necə məşhurlaşmasından danışıb.

Teleqraf.com xəbər verir ki, gecə söhbəti proqramları ilə şöhrət qazanmış Səba Tümer ekranlarda qəhqəhəli gülüşüylə də seçilir.

Qonaq olduğu proqramda o, şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib. Deyib ki, məşhurlaşmasına sevgilisi səbəb olub: “Çünki o, məşhuru sevirdi”.

Qeyd edək ki, gülərüz aparıcı yeni nəşr etdirdiyi kitabda tez-tez müzakirə olunan qəhqəhəsi ilə necə müalicə olunmasından da yazıb.


Müəllif: Aytən