Honkonq, Banqkok (Tailand) və London (Böyük Britaniya) dünyanın turistlər arasında ən populyar 100 şəhəri siyahısının reytinq cədvəlinə başçılıq edirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Euromonitor International” şirkəti məlumat yayıb.
Siyahıda növbəti yerləri Makao (Çin), Sinqapur, Paris (Fransa), Dubay (BƏƏ), Nyu-York (ABŞ), Kuala-Lumpur (Malayziya) və Şençjen (Çin) şəhərləri tutub.
Avropa reytinqində London və Parisdən sonrakı yeri İstanbul tutub. Türkiyənin ən böyük şəhəri il ərzində 12 milyon turist qəbul edir. Roma üzrə isə bu göstərici 9,7 milyon nəfərdir.
Siyahıda Avropanın populyar şəhərlərindən Antalya, Praqa, Amsterdam, Barselona, Milan və Vyana da var. Moskva siyahıda 46-cı yeri tutub.