Şahbaz Quliyev və Dilqəm Əsgərovlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət üzrə kommunikasiya davam edir.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Anar Bağırov bildirib ki, bu istiqamətdə bütün lazımı şərtlər və tələblər yerinə yetirilir:
“Həm dövlətin, həm də ictimaiyyətin bu məsələyə böyük diqqəti var. Çünki böyük haqsızlıq baş verib, qondarma rejim tərəfindən bizim vətəndaşlarımızın hüquqları kobud şəkildə pozulur.
Avropa Şurası və Avropa Məhkəməsi bu məsələyə lazımı diqqəti göstərir. Ümid edirəm, yaxın müddətdə, çox istərdim, gələn il bu məsələ ədalətli həllini tapsın”.