14 Dekabr 2018 16:53
5 878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirildi. Tədbirə qatılan Azərbaycan Prezidenti və Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2018-ci ilin yekunları, habelə digər məsələlərlə bağlı geniş nitq söylədi.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı 2018-ci ilin ölkəmiz üçün çox uğurlu il olduğunu diqqətə çatdırdı. Prezident bildirdi ki, bütün istiqamətlərdə olduğu kimi idman sahəsində də ölkəmiz böyük uğurlar əldə edib.

Tədbirdə həmçinin, Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və 2018-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olundu.

Təltif olunanlar arasında Ədliyyə Nazirliyi Xətai rayon İcra və Probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Vüqar Qasımov da olub. Ona Milli Olimpiya Komitəsi prezidentinin fəxri fərmanı təqdim edilib.

Təəssüratlarını Publika.az-la bölüşən V.Qasımov etimadına görə dövlət başçısı İlham Əliyevə xüsusi təşəkkürünü bildirib. O, dövlət başçısının digər sahələrlə yanaşı, daim idmana da böyük diqqət və qayğı göstərdiyini bildirib. Məhz bütün bu uğurların təməlində həmin qayğının, dəstəyin dayandığını qeyd edib.

Prezident tərəfindən fəxri fərmanla təltif olunmasının böyük qürur hissi yaratdığını deyən V.Qasımov bunun üzərinə daha böyük məsuliyyət qoyduğunu bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər