6 Fevral 2019 17:12
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxıda zəlzələnin baş verməsi və onun Bakıda da hiss edilməsi bəzi insanlarda təşviş yaradıb.

Bununla bağlı Teleqraf.com-a açıqlama verən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib ki, bu yaxınlarda yeni zəlzələ gözlənildiyini proqnoz vermək mümkün deyil.

Ekoloq bildirib ki, Yer kürəsinin 5 milyarda yaxın yaşı olsa da, Azərbaycanın yerlədiyi ərazinin 2 milyarda yaxın yaşı var: “Ona görə də bu ərazinin suxurları cavandır və orda gedən təkanlar isə həddindən artıq çoxdur. Hər il Azərbaycanda 3 mindən çox təkan baş verir. Bu rəqəm artıb-azalır, 2 minlə 3 min arası dəyişir.

Ölkədə baş verən 3-5 bal, yuxarısı 6 bal gücündə zəlzələlər təhlükə yaratmır, amma ondan yuxarı olanda risklər artır.

İndi baş verən zəlzələdən qorxmağa ehtiyac yoxdur. Bəzi saytlar, qəzetlər camaatı qorxudur ki, dünyanın axırıdır. Tamamilə əsassız fikirlərdir, insanlar buna sakit yaşasınlar. Əgər bina bütün qaydalara uyğun olaraq, zəlzələyə davamlı şəkildə tikilibsə, bina çökməyəcək.

Hazırda baş verən zəlzələ zamanı divar uçubsa, deməli, fundament düzgün qoyulmayıb”.

Ekoloq bildirib ki, Azərbaycan seysmoloji bölgədə yerləşir: “Təkanlara təbii yanaşmaq lazımdır. Misal üçün, 2000-ci ildə baş verən zəlzələ 6,8 bal idi, insanları qorxutmuşdu, heç kəs evdə yaşamırdı. İndisə adamları qorxutmaq lazım deyil, çünki qorxmalı heç nə yoxdur”.

Telman Zeynalov zəlzələlərin texnologiyanın inkişafı, tikintilərin çoxalması ilə əlaqələndirilməsini yanlış hesab edir: “Belə çıxır, biz inkişaf etməyək ki, zəlzələ baş verəcək? Sadəcə tikinti zamanı onların zəlzələyə davamlılığına diqqət yetirməliyiki”.


Müəllif: Aytən

Oxşar xəbərlər