Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinə mətbuat katibi vəzifəsinə bundan öncə AzTV, Lider TV, ARB TV və ATV-də müxtəlif vəzifələrdə çalışmış, bır sıra telelayihələrin rəhbəri, aparıcısı kimi fəaliyyət göstərmiş Şahin Əliyev təyin olunub.
Teleqraf.com-a bu barədə nazirlikdən məlumat verilib.
Həmçinin nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi vəzifəsinə ATV-nin “Xəbər” proqramının aparıcısı Əsmər Nəcməddinqızı təyin edilib.