ASAN Xidmət əməkdaşlarının andiçmə mərasimi keçirilib.
Teleqraf.com-un ASAN Xidmətə istinadla verdiyi məlumata görə, mərasimdə əməkdaşlar Azərbaycan bayrağını öpərək and içiblər.
"Azərbaycan Respublikasına sadiq olacağıma, onun Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, dövlət qulluğunun mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanuna uyğun surətdə, var gücümlə və vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm",-deyə ASAN Xidmət əməkdaşları andiçmə zamanı söyləyiblər.