1 Sentyabr 2014 18:09
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzində Latviyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Hardijs Baumanislə görüş keçirilib.

Teleqraf.com-un xəbərinə görə, BMAM sədri Rufiz Qonaqov Latviyanın Azərbaycana dost ölkə olduğunu vurğulayaraq hər iki ölkənin Vətəndaş Cəmiyyətlərinin gündən-günə inkişaf etdiyindən, Azərbaycan dövlətinin vətəndaş cəmiyyətinə və beynəlxalq QHT-lərə verdiyi dəstəkdən danışıb.

Rufiz Qonaqov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə yaranmış Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Prezident Yanında Gənclər Fondu tərəfindən hər il yüzlərlə QHT maliyyə dəstəyi alır. Məhz dövlətinin bu dəstəyi sayəsində QHT-lər öz mövcudluqlarını qorumaqla fəaliyyətlərini daha da genişləndirirlər.

BMAM sədri eyni zamanda bildirib ki, Azərbaycan qısa zaman ərsizndə Avropaya uğurla inteqrasiya edib. Latviya müstəqillik əldə etdikdən sonra Avropa ailəsinə qatılmış ilk keçmiş Sovet ölkələrindən biridir. Bu baxımdan Azərbaycan və Latviya Vətəndaş Cəmiyyətləri arasında əməkdaşlığın və əlaqələrin daha da yaxınlaşması, birgə forum,tədbir və konfransların keçirilməsi bu əlaqələri daha da ikişaf etdirə bilər.

Latviaya səfiri Hardijs Baumanis belə əməkdaşlığın ölkələrə fayda verə biləcəyini vurğulayaraq bildirib ki, Latviya və Azərbaycan Vətəndaş Cəmiyyətləri arasında əməkdaşlığın daha da artırılması və birgə tədbirlərin keçirilməsi təşəbbüsünü dəstəkləyir. Bu təşəbbüslərin həyata keçməsi üçün Latviya səfirliyi hər cürə dəstək verməyə hazırdır.

Görüşdə BMAM Sədrinin müavinləri və idarə heyətinin üzvləri iştirak edib.

Nihad


Müəllif: