11 Mart 2019 22:19
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtobus sürücüləri kobud qayda pozuntusuna yol verirlər. Söhbət paytaxtın Məzahir Rüstəmov ilə Neapol küçələrinin kəsişməsindən gedir. Həmin hissədə yol nişanı sağa əmr etsə də avtobus sürücüləri sola dönür. Rəsmi qurumlardan isə bildirilib ki, əraziyə nəzarət gücləndiriləcək.

Avtobus sürücülərinin bu hərəkətinə sərnişinlərin münasibəti birmənalıdır.

Məsələ ilə bağlı avtobusların aid olduğu daşıyıcı şirkətlərlə əlaqə saxladıq. Bildirildi ki, vaxtı ilə həmin ərazidə avtobusların sağa dönməsinə icazə verən yol nişanı olub. Ancaq sonradan aparılan təmir-bərpa işləri ilə əlaqədar həmin nişan çıxarılıb və yerinə qoyulmayıb. Nişanın yenidən həmin əraziyə qoyulması üçün aiddiyyatı qurumlara müraciət ediləcək

Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, avtobus sürücüləri həmin hissədə hərəkət sxemindən kənara çıxırlar.Tezliklə ərazidə qısa araşdırma aparılacaq və lazimi tədbirlər görüləcək.

Bakı şəhər baş dövlət yol polis idarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, avtobus sürücüləri ərazidə nəzarət kameralarının olmamasından istifadə edərək belə qayda pozuntusuna yol verirlər. Baş İdarə tərəfindən aidiyyatı rayon dövlət yol polis şöbəsinə məlumat veriləcək və həmin ərazidə nəzarət gücləndiriləcək. Növbəti dəfə qanun pozan sürücülərinzibat məsuliyyətə cəlb ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər