20 Mart 2019 21:58
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 20-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil olunub.

Teleqraf.com xəbər verir ki, bayram şənliyində müəssisə sakinləri üçün bayram süfrəsi açılıb.

Çıxış edənlər sosial cəhətdən həssas qrupların, tənha ahıl insanların Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın daimi diqqət və qayğısı ilə əhatə olunduğunu söyləyib.

Müəssisənin sakinləri onlara göstərilən qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbir bədii hissə ilə davam edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər