14 May 2019 12:49
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda tətbiq ediləcək icbari tibbi sığorta vətəndaşların daha keyfiyyətli tibbi xidmət almasına kömək edəcək. Azərbaycan vətəndaşlarının tibb müəssisələrə müraciət etməsi prosesi daha şəffaf olacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov bildirib ki, səhiyyə ilə bağlı Azərbaycan vətəndaşlarını narahat edən bir sıra məsələlər icbari tibbi sığortanın tətbiqi ilə həllini tapacaq: “İnanıram ki, gələn il icbari tibbi sığortanın tətbiqi ilə səhiyyə ocaqlarının fəaliyyəti insanlarda məmnunluq yaradacaq. Gələn ildən bütün ölkə ərazisində tibbi sığorta tətbiq ediləcək”.


Müəllif: Teleqraf.com