Bakıda asayişi qorumaq üçün süvari polislərdən ibarət patrullar cəlb olunub.
Teleqraf.com-un məlumatına görə, UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar Daxili İşlər Nazirliyi şəhərin mərkəzi küçələrində avtomobillərin daxil olmadığı ərazilərdə (parklarda) qarovul xidmətini atlarla həyata keçirir.
Daha öncə Azərbaycan DİN Bakıda İngiltərənin “Arsenal” və “Çelsi” klubları arasında final oyunu ilə əlaqədar hüquq-mühafizə orqanları əməkdaşlarının mayın 31-nə kimi gücləndirilmiş iş rejimində işləyəcəyini bildirmişdi.
Qeyd edək ki, bundan əvvəl də Bakıda bir sıra beynəlxalq tədbirlər zamanı polis atlı dəstələrlə patrul xidmətini təşkil edib.