30 May 2019 13:24
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Mühəndislik Universitetinin, Odlar Yurdu Universitetinin və Gəncə Texnologiya Universitetinin diplomlarının Türkiyədə tanınmaması ilə bağlı informasiyalar hələlik dəqiqləşdirilməmiş xəbərdir.

Teleqraf.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli deyib. O bildirib ki, bu barədə Türkiyə tərəfindən rəsmi məlumat daxil olmayıb:

“Hansısa universitetimizin diplomunun Türkiyədə tanınmaması ilə bağlı rəsmi məlumat yoxdur. Əgər belə bir şey olarsa, biz bunu araşdıracağıq. Ən azı biz hər bir Azərbaycan universitetinin, xüsusilə də dövlət universitetlərinin verdiyi təhsilə inanırıq. Əgər anlaşmazlıq olarsa, nazirlik bu problemi aradan qaldıracaq”.

Qeyd edək ki, bir müddət əvvəl təhsil eksperti Kamran Əsədov sözügedən universitetlərin diplomlarının Türkiyədə tanınmadığını açıqlamışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər