10 İyun 2019 13:19
2 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

Peyğəmbərin yaşadığı dövrdə onu inkar edənlər Allahı inkar etmirdilər. Onlar deyirdilər ki, hansısa seyidin, ağanın bütüdür və bunun vasitəsilə Allahdan istəyirik. Müasir dövrdə büt yox, qaloş, papaq, əlsürtmə və sair deyilir, bunun peyğəmbərin dövründəki Məkkə müşrikçilərindən fərqləndiən nədir? Özünü müsəlman adlandıran insanlar da Allahla aralarına qaloş, papaq, tüstü, ayaq izi, qəbir qoşub istəyirlər.

Bu sözləri Teleqraf.com-a açıqlamasında ilahiyyatçı Elşad Miri Goranboyun Qurbanzadə kəndindən yayılan video-görüntüləri şərh edərkən deyib.

Onun sözlərinə görə, İslamda ən böyük şirk Allaha şərik qoşmaqdır: “Allahın rolunu ondan başqa kimlərəsə şamil etmək günahdır. Bu gün “Ətağa” deyilən ziyarətgaha, çıldağa gedənlərin qaloş pirinə gedənlərdən fərqi nədir?

Orada olanlar da eyni hərəkəti eləmirlərmi? Onun üstünü yaxşı düzəldiblər deyə ora getmək məqbul sayılır, burada məqbul deyil?

Yaxud Beşbarmaq piri daha məqsədəuyğun sayılır, bu sayılmırmı? İslam dinində bunların hamısı eynidir, birini digərindən ayırmaq mümkün deyil. İslamın konkret olaraq üzərində durduğu və mübarizə apardığı ən böyük məsələ şirkdir, “qaloş piri” tipli şeylər də şirkə aparan yollardır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər