Tanınmış azərbaycanlı tarixçi alim İsrafil Məmmədov vəfat edib.
Publika.az xəbər verir ki, 92 yaşlı alim Bakıda dünyasını dəyişib.
Qeyd edək ki, İsrafil Məmmədov 1927-ci ildə Zəngəzur mahalının Meğrı rayonunun Əmrəkar kəndində anadan olub.
İ.Məmmədov İrəvan Ali Partiya məktəbini bitərərək 1955-90-cı illərdə "Sovet Ermənistanı" adlı respublika qəzetinin son baş redaktoru olub. Təhsil nazirinin müavini, Respublika "Bilik" Cəmiyyəti İdarə Heyəti sədrinin müavini, Jurnalistlər İttifaqı sədrinin müavini, EA Tarix İnstitutunda "Ermənistanda Azərbaycan mətbuatı tarixi" üzrə baş məsləhətçi vəzifəsində çalışıb.