6 İyul 2019 09:03
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizində zəlzələ olub.

Bu barədə Teleqraf.com-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

İlkin məlumatlara əsasən, iyulun 6-da saat 03:05-də Astara stansiyasından 25 km cənub-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

Maqnitudası 3.2, dərinliyi 16 km olan zəlzələ hiss olunmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər