24 İyul 2019 00:29
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara sakini öz hesabı ilə muzey yaradıb.

Astaranın Kakalos kəndində yerləşən muzeydə qədim qablar, geyimlər, pullar və digər eksponatlar nümayiş edilir.

Muzey 37 il əvvəl kənd sakini Fərbiyyə Şabanova tərəfindən yaradılıb. Həmin dövrlərdə pedoqoji fəaliyyətlə məşğul olan Fərbiyyə xanım muzeyin əsasını 200 eksponatla qoyub.

Sonra isə eksponatların sayı artdığından bura Astara Tarix-Diyarşünaslıq Muzeyinin Kakalos kənd filialı statusu verilib. Fərbiyyə Şabanova eksponatların bəzilərini pulla alıb, daha çoxu isə filiala müxtəlif insanlar tərəfindən bağışlanıb.

Muzey 30 bölmədən ibarətdir. Ekspozisiya bölməsi sırf Kakalos kəndinin tarixinə, əhalinin həyat tərzinə və məişətinə həsr olunub.

Xüsusilə XIX əsrin əvvəllərində Fransadan gətirilmiş qrammofon, lampalar, qədim əlyazmalar və pullar turistlərin böyük marağına səbəb olur.

Fərbiyyə Şabanova kəndin tarixini öyrənmək üçün bu gün də axtarışda olduğunu deyir. O, yaxın gələcəkdə buranın filial kimi yox, müstəqil muzey kimi fəaliyyət göstərəcəyinə ümid edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər