5 ildir onkoloji xəstəlikdən əziyyət çəkən 17 yaşlı Gülyaz Şıxaliyeva üçün kampaniya başladılıb.
Teleqraf.com xəbər verir ki, 2014-cü ildən xərçəng xəstəliyi ilə mübarizə aparan Gülyaz Şıxaliyevanın həyatda qalması üçün maddi dəstəyə ehtiyacı var.
Valideynləri illərdir onun sağalması üçün əllərindən gələni edib. Buna baxmayaraq, qızlarının xəstəliyi üçüncü dəfədir ki, baş qaldırır. Hətta gənc qız əməliyyat olunsa da, müsbət nəticəsi olmayıb.
Almaniyadakı həkimlər onun sağalacağına təminat verib. İlkin olaraq 80 min avro vəsaitə ehtiyac var. Bu qədər vəsaiti qarşılamağa isə ailənin maddi imkanı yoxdur.
Gülyaz Şıxaliyevanın ailəsi övladlarının sağalması üçün ona maddi dəstək göstərmək istəyən hər kəsdən “Kapital” bankın hesab nömrəsinə vəsait köçürmələrini xahiş edir.