15 Sentyabr 2014 20:27
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sosial hüquqların araşdırılması” İctimai Birliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ayırdığı vəsait əsasında layihə həyata keçirir. Teleqraf.com xəbər verir ki, “Tovuz rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzinin yaradılması və fəaliyyəti” adlı layihə çərçivəsində yaratdığı Tovuz Günərzi Qayğı Mərkəzinin təqdimetmə mərasimi keçirilib.

Layihə çərcivəsində Tovuz rayonunda Tovuz Günərzi Qayğı Mərkəzi yaradılıb. Həmin mərkəzdə 3-12 yaş arası çətin həyat şəraitində olan 30 uşağa gün ərzində sosial xidmətlər göstərilir və onların bacarıqlarının inkişafı üçün təlimlər keçirilir. Həmin uşaqlar gündə 2 dəfə yeməklə və yataqla təmin edilirlər. Mərkəzdə uşaqların təlim-tərbiyəsi və fərdi inkişafı ilə 16 nəfər işçi heyət məşğul olur.

Təqdimetmə mərasimində “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin sədri, layihə meneceri Mayis Əliyev, Tovuz rayon Icra Hakimiyyəti başçısının müavini Təranə Bayramova, Tovuz rayon Gənclər və idman şöbəsinin rəisi Sahib Əsgərov layihənin mahiyyətindən, rayon üçün əhəmiyyətindən və gələcək prespektivlərindən danışıblar. Valideyinlər bu layihənin Tovuzda təşkil olunduğu üçün minnətdarlıqlarını bildiriblər.


Müəllif:

Oxşar xəbərlər