Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.
Baş Dövlət Yol Polisi (DYP) İdarəsindən Teleqraf.com-a bildirilib ki, idarənin Ekoloji Nəzarət Bölüyünün komandiri vəzifəsinə polis mayoru Mərdan Mehdiyev təyin edilib.
O, daha əvvəl idarəsinin 3-cü tağım komandiri vəzifəsində çalışıb.
Qeyd edək ki, Daxili İşlər naziri Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, İdarənin Ekoloji Nəzarət Bölüyünün komandiri, polkovnik-leytenant Fuad Mayılov tutduğu vəzifədən azad edilib.
V.Eyvazovun digər əmrinə əsasən, o, Sumqayıt Regional Qeydiyyat-İmtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsinə təyin olunub.