20 Sentyabr 2019 23:54
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrük nəzarətindən gizlədilən dərman preparatlarının ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Teleqraf.com-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ – 21065” markalı avtomobilə gömrük baxışı keçirilib. Yoxlama nəticəsində avtomobilin ön sağ və sol tərəflərinin üst hissəsindəki qanadların arxasında olan boşluqlarda gömrük nəzarətindən gizlədilən 4060 kapsul “Samyun Wan” adlı dərman preparatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com