29 Sentyabr 2019 21:20
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası başa çatıb.

Teleqraf.com xəbər verir ki, üç gün davam etmiş sərgi-yarmarkada həm yerli, həm də 22 ölkəni təmsil edən xarici poliqrafiya müəssisələri, nəşriyyatlar, kitabxanalar, çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak ediblər.

Sərgi-yarmarka çərçivəsində çoxsaylı tədbirlər, kitab təqdimatları və müəlliflərlə görüşlər keçirilib. Bu müddət ərzində oxucular həm yerli, həm də xarici ölkələrin nəşrləri ilə yaxından tanış olmaq imkanı qazanıblar.

Sonda VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında fəal iştirakına görə iştirakçılara diplomlar təqdim edilib. Diplom alanlar sırasında AZƏRTAC-ın əməkdaşı da olub.

Qeyd edək ki, VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub. Sərgi-yarmarka çərçivəsində 68 tədbir keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər