12 Noyabr 2019 16:17
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu il ölkəmizdə zəngin hadisələrlə yadda qalacaq. Yaşadığımız ildə iqtisadi, sosial, siyasi sahədə böyük addımlar atılıb. 2020-ci ilin büdcəsi əldə edilənlərə əsaslanaraq hazırlanıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri deputat Fəzail Ağamalı Milli Məclisdə 2020-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

O, əlavə edib ki, büdcədə təhsil xərclərinin 40 faiz artırılması əslində büdcənin sosial yönümlü olmasının göstəricisidir: “Ümid edirəm ki, yeniləşən komanda qarşıya qoyulanlara nail olacaq. Qeyri- neft sektorunun inkişafında uğurlar əldə ediləcək.

İlk olaraq kiçik və orta biznesin inkişafı vacibdir. Prezident də bu məsələyə xüsusi önəm verir. Məncə, kiçik və orta biznesin genişləndirilməsi üçün onun maliyyələşdirilməsinin əsasları genişləndirilməlidir. Kiçik və orta biznesə 3-5 faizlə kreditlər verilməlidir”.


Müəllif: Cavad

Oxşar xəbərlər