13 Noyabr 2019 13:35
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə deputatlara parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

Qeyd edək ki, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsinin gəlir və xərcləri 4 milyard 825 milyon manat nəzərdə tutulur ki, bu da ötən illə müqayisədə 17 faiz, yəni 697,4 milyon manat artım deməkdir.

Həmçinin gələn il 64 min yeni iş yerinin açılması gözlənilir.

Komitə sədri Hadı Rəcəbli qeyd edib ki, rəqəmlərə əsasən gələn ildə pensiya və əmək haqlarında artım olacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər